Главная > Mənəviyyat / Kriminal > Məhkəmədə yalan ifadə verənlərin cəzası sərtləşir

Məhkəmədə yalan ifadə verənlərin cəzası sərtləşir


10-12-2015, 23:22.

 

Azərbaycan məhkəmələrində bilə-bilə yalan izahat verənlər üçün tətbiq olunan cərimənin məbləği 30 dəfəyədək artırılır.

 

"Report" xəbər verir ki, cərimələrin artırılması yeni İnzibati Xətalar Məcəlləsində (İXM) nəzərdə tutulub.

Yeni Məcəllə qəbul olunduqdan sonra inzibati xətalar haqqında işlər üzrə icraat zamanı şahidin, zərər çəkmiş şəxsin, mütəxəssisin bilə-bilə yalan izahat verməsinə və ya ekspertin bilə-bilə yalan rəy verməsinə, yaxud tərcüməçinin bilə-bilə yanlış tərcümə etməsinə və ya məhkəmə və digər orqanların qərarlarının icrası üzrə icraat zamanı bilə-bilə səhv tərcümə etməsinə görə 250 manatdan 450 manatadək məbləğdə cərimə ediləcək.

Hazırda həmin şəxslərə xəbərdarlıq edilir və ya 15 manatdan 20 manatadək miqdarda cərimə tətbiq olunur.


Вернуться назад