Главная > Siyasət > Moldovada prezident seçkilərində İqor Dodon liderlik edir

Moldovada prezident seçkilərində İqor Dodon liderlik edir


31-10-2016, 01:35.
Moldovada keçirilən prezident seçkilərində səslərin 32 faizinin hesablanmasından sonra Sosialistlər Partiyasının rəhbəri İqor Dodon 55,01 faiz səslə liderdir. 

"Report" xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının rəsmi saytına yerləşdirilən məlumatda bildirilir. İqor Dodon səslərin 55,01 faizini (119 min 616 səs), Mayya Sandu isə 30,69 faizini (66 min 726) toplayıb.

Вернуться назад