Главная > Ölkə > Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanda qeydiyyata alınmayan 15 QHT-lə bağlı işlərin kommunikasiyasına başlanıldı

Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanda qeydiyyata alınmayan 15 QHT-lə bağlı işlərin kommunikasiyasına başlanıldı


30-10-2016, 20:05.
Demokratik Təsisatlar və İnsan Haqları ictimai birliyinin sədri Elçin Abdullayevin  verdiyi məlumata görə, artıq Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanda qeydiyyata alınmayan 15 QHT-lə bağlı işlərin kommunikasiyasına başlanıb.
 
 Azərbaycanda Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayan və hüquqları yerli məhkəmə orqanları tərəfindən bərpa edilməyən QHT-lər Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.E.Abdullayev bu QHT-lərin sayının ilin sonunda 100-ə qədər ola biləcəyini bildirir.
"QHT-lərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə yüzlərlə şikayət var.Şikayətlərin əsas səbəbi QHT-lərin qeydiyyata alınmaması ilə bağlıdır. Kommunikasiya prosesi olduğu üçün çox təəssüf ki, bu haqda daha ətraflı məlumat vermək mümkün deyil.Buna görə də, yalnız ümumi məlumatla kifayətlənirik.”
 
 
Uluyol.info

Вернуться назад