Главная > Aktual > ABŞ-da seçki saxtakarlığına görə 40 il həbs

ABŞ-da seçki saxtakarlığına görə 40 il həbs


30-10-2016, 19:26.

ABŞ-ın Florida və Virciniya ştatlarında seçki qanunvericiliyini pozduqlarına görə üç nəfər həbs olunub. Seçki məntəqəsinin əməkdaşı Qlagos Koeqo seçki sənədlərinin qəsdən səhv tərtib edilməkdə ittiham edilir. O, vaxtından əvvəl seçkidə iştirak edənlərlə bağlı saxtakarlıqda təqsirli bilinir.

Virciniya ştatında isə afroamerikalı Vafalay Massaki mövcud olmayan seçiciləri qeydiyyatdan keçirməkdə günahlandırılır. Mövcud qanunlara görə onu 40 il azadlıqdan məhrumetmə cəzası gözləyir.


Вернуться назад