Главная > GÜNDƏM > Zəngilanın deputatı işğal günü şəhidləri ziyarət etmədi

Zəngilanın deputatı işğal günü şəhidləri ziyarət etmədi


29-10-2016, 19:15.
125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən olan deputat İmamverdi İsmayılov 29 oktyabr Zəngilanın işğalının 23-cü il dönümü günündə şəhidlərin hüzuruna çıxmaqdan boyun qaçırıb.

Artıq 5-ci dəfədir ki, parlamentdə zəngilanlıları "təmsil edən” deputat Zəngilan Rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin hər il birlikdə təşkil etdiyi "Şəhidlər Xiyabanı” ziyarətində iştirak etməyib. 

Bu barədə Azxeber.com-a tədbirdə iştirak edən deputatın seçiciləri məlumat veriblər.

Seçicilərinin bu günə kimi tək bir problemini belə parlamentdə qaldırmayan, şəhid ailələrinin belə görüşünə çıxmayan deputatın hər il ənənəvi olaraq keçirilən tədbirlərdə iştirak etməməsi bütün rayon ictimaiyyəti tərəfindən qəzəblə qarşılanıb. Başı öz şəxsi biznesinin inkişafına qarışan deputat demək olar ki, rayonla bağlı nazik olan bütün iplərini birdəfəlik qopardıb.

Deputatla əlaqə saxlmağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. 

Qeyd edək ki, İmamverdi İsmayılovun öz şəxsi biznesi olması ilə bağlı məlumatlar müxtəlif dövürlərdə mətbuatda yayımlanıb və deputat bir dəfə də olsa bu məlumatlarla bağlı heç bir açıqlama verməyib. Onun ailə üzvlərindən oğlunun Sumqayıt DYP-də yüksək vəzifə tutduğu və Sumqayıtda ən bahalı avtomobil nömrələrinin qara bazarda satışını həyata keçirirdiyi iddia edilir.
 
 
Uluyol.info

Вернуться назад