Главная > Ümumi > Ərdoğan: “Yaxında edam cəzası gəlir”

Ərdoğan: “Yaxında edam cəzası gəlir”


29-10-2016, 19:29.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada çıxışı zamanı edam cəzası ilə bağlı açıqlama verib.

 

Axar.az xəbər verir ki, türk lider qanun layihəsinin parlamentdə qəbul olunacağı təqdirdə təsdiqləyəcəyini söyləyib.

 

"İnanıram ki, yaxın zamanda bu məsələ parlamentdə müzakirəyə çıxarılar. Qəbul olunarsa, mən də təsdiq edərəm”, - Ərdoğan bildirib.

 

Qeyd edək ki, hazırda Türkiyə ictimaiyyətində FETÖ-çuların edam edilməsi ilə bağlı fikirlər səsləndirilir.


Вернуться назад