Главная > Maraqlı > Özü idarə olunan maşınlar

Özü idarə olunan maşınlar


29-10-2016, 20:37.
Özü idarə olunan maşınların təhlükəsizliyi ilə bağlı geniş yayılmış narahatlıqlara baxmayaraq, bütün böyük avtomobil istehsalçıları bu yeni texnologiyanı ikişaf etdirməyə tələsirlər. Ümumi ab-hava isə elədir ki, əgər bu fürsəti qaçırsan, rəqabət içərisində əzilə bilərsən.

Bu günün gənc nəsli artıq "siz internetsiz, smartfonlarsız, naviqasiya sistemi olmadan necə yaşayırdınız” deyə soruşur?

10-15 ildən sonra sürücülər arxaya oturacaqlar, maşın isə özü-özünü idarə edəcək
Jim Holder
Belə görünür ki, onların da gələcək nəsli nənə-babalarımız "maşınlarını necə özləri sürürdü” deyə heyrətlənəcək.

"Fikrimcə, 7-10 il sonra maşınların təxminən 40 faizi sürücüsüz olacaq və ilk olaraq gənclər, ən əsası isə yaşlılar üçün çox faydalı olacaq,” deyə avtomobil eksperti Johannes Kindler bildirir.

Tesla, Mercedes, Audi və bunabənzər bahalı və dəbdəbəli maşınların çoxunun artıq avtonom idarə olunma imkanları olsa da, sürücü ayıq və ehtiyyatlı olmalıdır.

Yaxın zamanda isə, özü idarə olunan maşın texnologiyası artıq istehlak səviyyəsindəki maşın modellərində də təqdim olunacaq.

"Gələn il, biz bunu artıq maşın bazarlarında satılan adi maşınlarda görəcəyik. Bu maşınlarda, məsələn, avtobanda sükanı 30 saniyəyədək buraxdığında, maşın özünü idarə etməyə davam edəcək,” deyə Autocar jurnalından Jim Holder bildirir.

Tesla 90D

Bu isə bir-iki qısa mesaj göndərmək üçün yetərlidir.

Lakin növbəti daha çətin mərhələ bir-birləri və işıqforlar kimi yoldakı infrastrukturla əlaqə saxlaya biləcək maşınlar isehsal etməkdir. Bu, tıxaclar və qəzaları aradan qaldıra bilər.

Google kimi şirkətlər isə daha da irəliyə baxır.

"10-15 ildən sonra sürücülər arxaya oturacaqlar, maşın isə özü-özünü idarə edəcək,” Jim Holder deyir.

unTonomy adlı şirkət Sinqapurda 2018-ci ildə artıq tamamilə robotlaşdırılmış taksilər təqdim etməyi planlaşdırır. Google da sükansız maşınları sınaqdan keçirir. Bu isə artıq mümkün olduğunda, maşın sahibliyi anlayışını tam dəyişəcək.

Ancaq ona qədər bir suala cavab tapmaq lazımdır: bu süni intellekt hakerlik təhlükəsi ilə üzləşəcəkmi? Maşınların idarəsini robotların ələ keçirməsindən əvvəl, istehlakçılar hakerlərin uzaq tutulacaqlarından əmin olmalıdırlar.

Вернуться назад