Главная > Ümumi > Jurnalistin işi Avropa Məhkəməsinə göndərilir

Jurnalistin işi Avropa Məhkəməsinə göndərilir


28-10-2016, 18:16.

Bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə JAM.Az-ın baş redaktoru Fikrət Fəraməz oğlunun barəsində həbs qətimkan tədbirinin 30 yanvar 2017-ci il tarixədək uzadılması barədə Nərimanov rayon məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxıldı və apellyasiya şikayəti təmin edilmədi. Bu barədə vəkili Elçin Sadıqov cəbər verib.

Bu gün eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun sədrliyi ilə Fikrət Fəraməz oğlunun barəsində həbs qətimkan tədbirinin ev dsutaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatətimin təmin olunmaması haqqında Nərimanov rayon məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxıldı və apellyasiya şikayəti təmin edilmədi.

Fikrət Fəraməzoğlunun İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 5-ci maddəsilə təminat verilən azadlıq və toxunulmazlıq hüququnun pozulması, 10-cu maddəsilə təminat verilən ifadə azadlığı hüququnun və 18-ci maddəsilə təminat verilən müdaxilədən sui istifadənin qadağan edilməsi hüquqlarının pozulması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik.


Вернуться назад