Главная > Cəmiyyət > Masallının icra başçısı jurnalisti yenidən məhkəməyə verdi

Masallının icra başçısı jurnalisti yenidən məhkəməyə verdi


28-10-2016, 18:32.
Masallı Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov Cenubnews.com internet qəzetinin baş redaktoru Mirələm Həşimovu məhkəməyə verib. Musavat.com adı çəkilən mənbəyə istinadən xəbər verir ki, icra başçısı bu dəfə də jurnalistin Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə ittiham olunnmısını istəyir. Məhkəmə 31 oktyabr 2016-ci il tarixdə keçiriləcək. 

R.Hüseynov budəfəki iddiası saytda getmiş 1 xəbərlə bağlıdır. "Masallıda pensiya alanlar etiraz etdi,yol bağlandı” başlıqlı xəbərdə nəinki Rafil Hüseynov heç bir şəxs təhqir olunmayıb. 
Qeyd edək ki, 26 may 2016-cı il tarixdə Şirvan Apelyasiya məhkəməsində iddiaçı Rafil Hüseynovun cavabdehiMirələm Həşimova qarşı verdiyi iddia ərizəsi üzrə apelyasiya şikayətinə baxılıb. Həmin iddiaya uyğun olaraq, iddiaçı cavabdehdən onun barəsində yaydığı 3 xəbərin təkzib olunmasını və ona 5 min manat kompensasiya ödənilməsini tələb etmişdi. Masallı Rayon Məhkəməsi iddianı qismən təmin edib, xəbərlərin təkzib olunmasını və iki min manat kompensasiya ödənilməsi vəzifəsini M.Həşimovun üzərinə öhdəlik kimi qoymuşdu. Jurnalist həmin qətnamədən apelyasiya şikayəti verib. Şikayətə baxılması nəticəsində şikayət qismən təmin edilərək,məbləğ 500 manata endirilıb. Jurnalistin nümayəndəsi Səməd Rəhimli və vəkili Cavad Cavadov tərəfindən həmin qətnamədən Ali Məhkəməyə kasasiya şikayəti verilib.

Вернуться назад