Главная > Region > Yağışlı hava davam edəcək

Yağışlı hava davam edəcək


28-10-2016, 13:22.
Bakı və Abşeron yarımadasında oktyabrın 29-da bəzi yerlərdə arabir çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.
 
Mülayim şimal küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 6-8° isti, gündüz  9-13° isti, Bakıda gecə  6-8° isti, gündüz  11-13° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək  764 mm civə sütunu, nisbi rütubət  80-90 % təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü nisbətən əlverişli olsa da, 30-da atmosfer təzyiqinin təzadlı tərəddüdü, arabir güclənən gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əlverişsizdir.   
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti, yüksək dağlıq ərazilərdə gecə 2-7° şaxta, gündüz  0-5° isti olacağı gözlənilir.

Вернуться назад