Главная > Dünya > Nazarbayev Kulebekovu edam etdirir

Nazarbayev Kulebekovu edam etdirir


27-10-2016, 18:56.
Almatı terrorunun iştirakçısı Ruslan Kulebekov edam edilə bilər.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan mətbuatı yayıb. Mətbuat bu gün terrorçuların məhkəməsinin keçirildiyini və dövlət ittihamçısının məhz Kulebekova qarşı edam cəzasının tətbiqi üçün hakimə müraciət etdiyini bildirib.
 
Qeyd edək ki, Kulebekov Almatı terrorunun təşkilatçısı hesab edilir. O, bu ilin iyul ayında Almatı polis bölməsi və Milli Təhlükəsizlik Komitəsinin binasına silahlı basqın edib. Məhz onun açdığı atəş nəticəsində 10 nəfər insan həlak olub. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev baş verən hadisəni terror adlandırıb. 

Вернуться назад