Главная > Region > Bakıda 9-cu mərtəbədən yıxılan azyaşlı qız sağ qalıb

Bakıda 9-cu mərtəbədən yıxılan azyaşlı qız sağ qalıb


27-10-2016, 12:58.

Bakıda yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan 12 yaşlı qız sağ qalıb. 

 
"Report”un xəbərinə görə, hadisə Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsi, 232 ünvanında baş verib. 
 
Həmin ünvandakı binanın 13 saylı mənzilində yaşayan 2004-cü il təvəllüdlü Lamiyə Namazova eyvandan yerə yıxılıb. Nəticədə azyaşlının ayağı sınıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 
 

Hadisə vaxtı L.Namazova evdə tək olub.


Вернуться назад