Главная > Baş Xəbər > Bu gün Şahin Ağabəylinin faciəvi vəfatından 6 il ötür

Bu gün Şahin Ağabəylinin faciəvi vəfatından 6 il ötür


27-10-2016, 11:36.

Bu gün «Milli Yol» qəzətinin və «Poliqon» İnformasiya Agentliyinin (pia.az) təsisçisi və baş redaktoru Şahin Ağabəylinin avtomobil qəzasında faciəvi şəkildə həlak olmasından 6 il ötür

 


Şahin Ağabəyli 1976-cı ildə yanvarın 27-də Neftçala rayonunun Aşağı Qaramanlı kəndində dünyaya göz açmışdı. 1993-cü ildə orta məktəbi bitirdikdən sonra mərhum prezident Əbülfəz Elçibəy tərəfindən  Türkiyə Kara Harp Okuluna təhsil almaq üçün yollanılan 23 gəncdən biri olmuşdu. 

1999-cı ildə təhsilini bitirib Bakıya qayıdan Şahin Ağabəyli 2000-ci ildə ordudan tərxis olunur. Elə həmin il Əbülfəz Elçibəy tərəfindən Bütöv Azərbaycan Birliyinin (BAB) nəzdində yaradılan Bütöv Azərbaycan Məktəbinin (BAM) rəhbəri təyin olunur.

2003-cü ildə «Milli Yol» qəzetini təsis edir və qəzetin baş yazarı olur. 2006-cı ildə  «Poliqon» İnformasiya Agentliyinin qurucusu olmuşdur. 2009-cu ildə isə baş redaktoru olduğu PİA.AZ saytını təsis etmişdi.

Şahin Ağabəyli 2006-cı ildə peşə fəaliyyətinə görə həbs olunmuşdu.Bir müddət sonra prezident tərəfindən əfv edilmişdi.

Şahin Ağabəyli 2010-cu ildə oktaybrın 27-də səhər tezdən Bakı-Ədət yolunun Səngəçal hissəsində avtomobil qəzasında həlak olub. Dünyaya vida edərkən 34 yaşını doldurmamışdı…

Allah rəhmət eləsin.


Вернуться назад