Главная > Baş Xəbər > Özal Buşdan nə istəmişdi? - 26 ilin sirri açıldı
Özal Buşdan nə istəmişdi? - 26 ilin sirri açıldı26-10-2016, 18:48. |
1990-cı ildə Turgut Özal və ata Corc Buş Mosul və Kərküklə bağlı nə danışmışdı?
Turqut Özal ABŞ prezidentinin bu istəklərini dinlədikdən sonra Buşdan İraqda nə axtardıqlarını soruşub: "ABŞ-ın İraqa müdaxiləsi yalnız Səddamın iqtidardan endirilməsinə hesablanıb, yoxsa başqa niyyətlər var?”
Ata Corc Buş dəqiq bir cavab vermir.
Turqut Özal bildirir ki, İraqın işğalı Yaxın Şərqdəki vəziyyəti gərginləşdirəcək: "Bu vəziyyət bizə də, Yaxın Şərqdəki ölkələrə də çox böyük zərər verər”.
Buş Özalın bu tələbi qarşısında çaşıb qalır, nə deyəcəyini bilmir. Yalnız "qərargahlarımla görüşüb sizə cavab verəcəyəm” deməklə kifayətlənir.
Özal isə çıxışını davam etdirir: "Sizin hansı niyyətlərlə İraqa girəcəyinizi bilməyimiz mümkün deyil. Ancaq Körfəz ölkələri və İraqdan böyük iqtisadi qazancınızın olacağı dəqiqdir. Türkiyənin isə bu bölgədə əsrlərdən gələn haqları var. Əgər bir əməliyyat olacaqsa və biz buna dəstək verəcəyiksə, o halda bütün zərərlərimizi kompensasiya etməyiniz lazımdır!”
Ata Buş isə Özala heç narahat olmamağı məsləhət görür: "Türkiyə İraq planımızdan maksimum ölçüdə qazanclı çıxacaq. Mənə güvənə bilərsiniz”.
Çankaya Köşkündə Turqut Özalla görüşən millət vəkili "Xeyir ola, Mosulamı giririk?” deyə soruşur. Prezident şəhadət barmağını dodağına apararaq çantasında Mosul protokolları ilə dayanan Göksel Kalaycıoğluna "Sus” deyir. Turqut Özal Mosul protokollarını hansı təşkilatdan istəsə, əlbəttə ki, ala bilərdi. Amma o, protokolları etibar etdiyi bir şəxsdən istəmişdi.
Mosul və Kərküklə əlaqədar işlərini tamamlayan Özal ilk zərbəni Milli Təhlükəsizlik Təşkilatının toplantısında aldı. Başda Baş Qərargah rəisi olmaqla dövlətin müəyyən təşkilatları Özalın planına qarşı çıxırlar. Qeyri-hökumət təşkilatları da plana qarşı çıxır. Prezidentə sanki müharibə elan edilmişdi.
Süleyman Dəmirəl bu əleyhdarlığın bayraqdarı idi. Ordu, ANAP və müxalifət partiyaları "Şimali İraqı 80 il əvvəl tərk etdik, artıq orada nə işimiz var?” deyirdilər.
1990-cı il dekabrın 3-də Turqut Özala qarşı çıxan Baş Qərargah başçısı Nəcib Torumtay istefa verir. Özalın istefaya cavabı isə "komandan masada deyil, döyüşdə olar” şəklində olur.
"Türkiyədəki Amerika” anlamına gələn "Üst Quruluş” Özalın Mosul və Kərkük planını boşa çıxarmışdı. Özala qarşı müqavimət ssenarisi isə Vaşinqtonda yazılmışdı. Ağ Ev Turqut Özalın Şimali İraq planına qarşı idi. Özalın səhvi isə Buşun sözlərinə güvənməsi idi.
Вернуться назад |