Главная > GÜNDƏM > Polşa: “Rus ordusu Ukraynadan təcili çıxmalıdır”

Polşa: “Rus ordusu Ukraynadan təcili çıxmalıdır”


26-10-2016, 18:29.
Krım və Donbasın işğaldan azad olunması Avropada təhlükəsizliyin bərpası üçün əsas şərtdir.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Anton Matsereviç söyləyib. Onun sözlərinə görə, Rusiya ordusu təcili şəkildə Ukraynadan çıxarılmalıdır. O, Polşanın bundan sonra da Ukraynanı dəstəkləyəcəyini bəyan edib.
 
Qeyd edək ki, Krım Ukrayna ərazisidir və 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq olunub. 

Вернуться назад