Главная > Region > Neftçala sakinin qeyri-adi xobbisi - "Sağalmaq istəyirsinizsə... - VİDEO

Neftçala sakinin qeyri-adi xobbisi - "Sağalmaq istəyirsinizsə... - VİDEO


26-10-2016, 19:20.
"8 nəfəri xilas etmişəm"

Neftçala rayon sakini Hüseyn Hüseynov görənləri təəccübləndirir.

ARB TV xəbər verir ki, o, hər gün səhər tezdəndən Kür çayında çimməyi adət halına çevirib.

Maraqlısı isə odur ki, Hüseyn isti yay aylarında çayda çimməyə həvəs göstərmir. Nə qədər qəribə olsa da, yayda suyun temperaturunun isti olması səhhətində problemlər yaratdığını bildirir. Amma ilin soyuq aylarında bunun tam əksi olur. 

Onun sözlərinə görə, soyuq suda çiməndə o, xəstələnmir: "Hər bir insan sağlam yaşamaq üçün gündə 1 saat çimməlidir. Xəstələrə təklifim var: sağalmaq istəyirsinizsə, gəlib Kürə tullanın. Mənim böyük arzum var ki, dekabrın 31-i Volqa çayında çimim. Bu zamana kimi boğulma təhlükəsi olan 8 nəfərin həyatını xilas etmişəm".



Вернуться назад