Главная > Aktual > 15 iyul çevriliş cəhdinin arxasında kimlər var? – Duqin açıqladı

15 iyul çevriliş cəhdinin arxasında kimlər var? – Duqin açıqladı


26-10-2016, 19:32.
Rusiya prezidenti Vladimir Putinin müşaviri Aleksandr Duqin 15 iyul çevriliş cəhdi ilə bağlı sensasiyalı açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Türkiyənin "Aydınlıq” qəzetinə danışan Duqin çevriliş cəhdinin arxasında CİA-nın dayandığını deyib. Putinin müşaviri jurnalistin çevriliş cəhdi ilə bağlı suallarını cavablandırıb.

Türkiyədəki çevriliş cəhdini araşdırmaq üzrə qurulan komissiya tərəfindən ifadə vermək üçün çağırıldınız. Bununla bağlı fikirlərinizi öyrənə bilərəkmi? Sizcə Türkiyə niyə bu mövzuda Rusiyanın köməyinə ehtiyac duyur?

Çünki Türkiyədəki çevriliş cəhdi sadəcə Türkiyənin siyasi məsələsi deyil, qəti şəkildə geosiyasi bir məsələ. Ərdoğanı devirməyə, Türkiyədə vətəndaş müharibəsi başlatmağa cəhd edən FETÖ-nün arxasında çox böyük oyunçu, çox ciddi geosiyasi güc var.

Çevrilişin arxasında kim var?

Türkiyədəki çevrilişlə bağlı aparılan istintaqa Rusiyanın qoşulması məsələsinə gəlincə, bu çox vacib sualdır. Bu sadəcə Türkiyənin daxili işi deyil. Sadəcə bir siyasi qüvvə digərini əzməyə çalışmadı. Çevriliş cəhdinin arxasında geosiyasi şəbəkə var. Çünki FETÖ-nün mərkəzi ABŞ-dadır və arxasında MKİ agentləri var.

Bu çevriliş cəhdi ABŞ-ın Ərdoğan rejiminə müharibə elanı idi. Fətullah Gülənin ekstradisiyası istənildiyindən bu mövzu dəqiqləşdi, çünki ekstradisiya rədd edildi. Bu səbəbdən çevriliş cəhdinin Amerikanın Ərdoğan və Türkiyəyə qarşı fəaliyyəti olması çox açıqdır.

Çevriliş cəhdi geosiyasi məsələdir. Çünki ABŞ Ərdoğandan razı deyildi və onu öz kuklası ilə dəyişdirmək istəyirdi. Bu kukla ABŞ-ın Yaxın Şərq siyasətini Ərdoğanın etmədiyi şəkildə yerinə yetirəcəkdi. Bu halda geosiyasi çevriliş cəhdi ilə mübarizə aparmış oluruq. Bu da digər geosiyasi güc olan Rusiyanın dəvət edilməsini zəruri edir.

Çevriliş cəhdinin arxasındakı strategiyanı və paradiqmanı sadəcə türk kəşfiyyatına arxalanaraq aşkar edə bilmərik. Çünki NATO üzvü olan Türkiyədə amerikan agentləri meydan sulayır. Türkiyə NATO-nun, ABŞ-ın tərəfində olaraq, bu qiyamçıların arxasındakı qüvvələri araşdırmaq üçün doğru yolları tapa bilməz. Ankara çevriliş cəhdinin həqiqi və dolayısı səbəbləri məsələsində informasiyaları təqdim edəcək digər böyük geosiyasi gücə ehtiyac duyur.

ABŞ tədqiqatı səhv istiqamətə yönəldə bilər

ABŞ həm daxildə, həm xaricdə fəaliyyət göstərən şəbəkələri vasitəsi ilə bu tədqiqatı səhv istiqamətə yönəldə bilər. Amerikanın təsirinə qarşı balans yarada biləcək tək güc Rusiyadır. Digər tərəfdən, SSRİ dağılandan bəri FETÖ-nün Rusiyada mövcud olduğunu bilirik. Rusiyanın istintaqa qoşulması Rusiya tərəfindən də özünü qarantiyaya almaq mənasında da çox vacibdir. Çünki Rusiyada da eyni Amerika yönlü, gülənçi şəbəkələr mövcuddur. Bu səbəbdən istintaqı dəqiq, tərəfsiz və ədalətli aparmaq üçün birlikdə addımlamalıyıq.

FETÖ-nün gələcəyi haqda nə düşünürsüz?

Məncə FETÖ Rusiyada da, Türkiyədə də və digər ölkələrdə zərbə altında. Mən amerikalıların gələcəkdə bunlardan ciddi məqsədlə istifadə edəcəyini düşünmürəm. FETÖ missiyasını çoxdan başa vurmuş vacib Amerika yönlü terror təşkilatı idi. Ərdoğanı devirməyə cəhd etdilər və uğursuzluğa uğradılar.

Вернуться назад