Главная > GÜNDƏM > PKK-nın FETÖ ilə əlaqəsinin sübutu: “Məndə vicdan qalmayıb, insanlar öləcək...”
PKK-nın FETÖ ilə əlaqəsinin sübutu: “Məndə vicdan qalmayıb, insanlar öləcək...”26-10-2016, 15:01. |
Türkiyənin Kahramanmaraş bölgəsində aralarında Fətullahçı terror təşkilatının (FETÖ) hazırlıq kurslarının rəhbəri Mustafa Tatlı da olmaqla 4 nəfər saxlanılıb.
Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, saxlanılan zaman Tatlının mobil telefonunu pəncərədən aşağı atmaq istəməsi polisləri şübhələndirib.
Özləm: - Anladım, anladım. Bu o deməkdir ki, savaşa az qalıb. Zəfər: - Yəni ki, müxalif kanal qalmayıb. Daha ciddi məsələ var. Onu deyə bilmərəm. Əgər o baş versə, ehtiyaclarınızı da alıb evlərinizə gedin və bayıra çıxmayın. Özləm: - Xeyirli olsun. Tarixi bilirsən? Zəfər: - Dəqiq tarix bilinmir, amma tezliklə baş verəcək. Özləm: - Çox yaxşı. Zəfər: - Çox yaxşı? İnsanlar öləcək. Özləm: - Başqa çarə yoxdur. Zəfər: - Mənim Urfada, Mardində qohumlarım var. Özləm: - Allahın lütfü ilə içəridəkilər qorunacaq. Mənim də Urfada xalam var. Zəfər: - Mərkəzdə? Özləm: - Bəli. Onsuz da bir yolla bu olacaq. Mənim onlara zərrə qədər yazığım gəlmir. Zəfər: - Haqlısınız. Amma yenə də vicdan.... Özləm: - Vallah, vicdansızam. İnsanın ürəyi ağrıyanda belə olur. Zəfər: - Əmin olun, məndə də vicdan qalmayıb. Вернуться назад |