Главная > Siyasət > ABŞ diplomatından Ərdoğanla bağlı - Şok etiraf

ABŞ diplomatından Ərdoğanla bağlı - Şok etiraf


26-10-2016, 15:48.

Hillari Klintonu dəstəkləyən təqaüddə olan bir amerikali diplomat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı maraqlı açıqlama verib.

 

Axar.az xəbər verir ki, keçmiş diplomat Ərdoğanın digər liderlərdən fərqli olaraq bağlı qapılar arxasında gizli sövdələşməyə meyilli olmadığını deyib:

 

"Bu günə qədər işlədiyimiz bütün dünya liderləri bizə bağlı qapılar arxasında "Mən daxili siyasətə görə xalqa belə deyirəm. Amma siz bunlara çox fikir verməyin, daxili siyasətin qaydası budur. ABŞ ilə xarici siyasətdə lazım olanı edəcəyik”, - deyib. Ancaq Ərdoğan heç vaxt bu cür danışmadı. Yəni xalqa nə dedisə, xarici siyasəti də ona görə müəyyən etdi. Bununla da aramızda danışıq imkanlarıı heçə enir…”

 

Xatırladaq ki, bir müddət öncə ABŞ-ın keçmiş Türkiyə səfiri Ceyms Ceffri açıqlamasında Ərdoğanın Vaşinqtona boyun əymədiyini etiraf etmişdi:

 

"Səudiyyəlilər, misirlilər istənilən halda bizə yaltaqlanır. Ərdoğan isə bizimlə sanki dalaşır, səhvlərimizi üzümüzə vurur, dostumuz olmağa çalışmır. Bu səbəbdən Ərdoğan Vaşinqtonda və Avropada sevilmir. Bizə yaltaqlansanız, belə olmayacaq”.


Вернуться назад