Главная > Dünya > Türkiyə İŞİD və PKK-nı vurdu – “Fərat qalxanı”

Türkiyə İŞİD və PKK-nı vurdu – “Fərat qalxanı”


25-10-2016, 13:12.
Türkiyə ordusu "Fərat qalxanı” əməliyyatlarının 63-cü günündə İŞİD mövqelərinə ağır artilleriyadan zərbələr endirib.
 
Axar.az xəbər verir ki, "Fırtına” tipli haubitsalardan 72 İŞİD və 15 PYD/PKK hədəfinə atəş açılıb.
 
Gün ərzində yaranan qarşıdurmalar zamanı isə Azad Suriya Ordusunun (ASO) 5 hərbçisi həlak olub, 28 nəfər isə yaralanıb.
 
Qeyd edək ki, "Fərat qalxanı” əməliyyatları çərçivəsində indiyədək 1280 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

Вернуться назад