Главная > Dünya > Jak Şirak xəstəxanaya yerləşdirilib

Jak Şirak xəstəxanaya yerləşdirilib


10-12-2015, 17:17.
Jak Şirak xəstəxanaya yerləşdirilib
 
Fransanın sabiq prezidenti Jak Şirak xəstəxanaya yerləşdirilib.
 
APA-nın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, sabiq prezidentin qızı jurnalistlərə açıqlamasında bildirib ki, atasının səhhəti qəflətən pisləşib.
 
Bununla yanaşı o qeyd edib ki, J. Şirakın səhhətinin durumu təhlükəli deyil.
 
Qeyd edək ki, Paris xəstəxanalarından birinə yerləşdirilən 83 yaşlı siyasətçi tam tibbi müayinədən keçməlidir.  


Вернуться назад