Главная > Kriminal > Bakıda kütləvi dava: bıçaqlanan var

Bakıda kütləvi dava: bıçaqlanan var


25-10-2016, 01:54.
Bakının Səbail rayonu ərazisində kütləvi dava baş verib. 

Musavat.com xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsi, 21 ünvanında qeydə alınıb. Binanın həyətyanı sahəsində 4 nəfər arasında mübahisə düşüb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı soyuq silahdan da istifadə edilib. Nəticədə 1996-ci il təvəllüdlü Abdullayev Vüsal Ramiz oğlu üç bıçaq zərbəsi alıb. Ağır yaralanan V.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
 
Xəstəxanadan Musavat.com-a verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
 
Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) cinayət işi başlanılıb.

Вернуться назад