Главная > Islam > Tanınmış maarifçi ziyalı Əli Əkbər Həsənzadə dünyasını dəyişib

Tanınmış maarifçi ziyalı Əli Əkbər Həsənzadə dünyasını dəyişib


24-10-2016, 20:33.

Azərbaycanın tanınmış maarifçi ziyalılarından olan Əli Əkbər Həsənzadə dünyasını dəyişib.

Bu barədə onun yaxınları məlumat verib.

 

Əli Əkbər Həsənzadə dinə və dindarlara qarşı təzyiqlərin olduğu Sovet dövründə Bakıda və ətraf məntəqələrdə dini və dünyəvi elmlərin tədrisi ilə məşğul olub.

Müstəqillik illərində fəaliyyətini daha da genişləndirən ziyalı, yüzlərlə gəncə təmənnasız dərs keçib, onun tələbələrinin bir çoxu yüksək elmi nəticələrə nail olublar.

Son zamanlar səhhətindəki problemlərlə əlaqədar olaraq maarifçi fəaliyyətini Pirşağıdakı bağ evində davam etdirirdi.

 

Əli Əkbər Həsənzadə ürək-damar xəstəliyindən 65 yaşında dünyasını dəyişib.


Allah rəhmət eləsin.


Вернуться назад