Главная > Mədəniyyət > Kanadada Azərbaycan TV kanalı fəaliyyətə başladı

Kanadada Azərbaycan TV kanalı fəaliyyətə başladı


24-10-2016, 14:02.
Oktyabrın 21-də Kanadanın Ontario əyalətinin Toronto şəhərində Azerbaijan Star TV kanalının açılış mərasimi olub. Heydərbaba (HB) Media Qrupunun təşəbbüsü ilə fəaliyyətə başlayan kanalın açılış mərasimində 500-dək qonaq iştirak edib. 

Qonaqlar arasında Ontario əyalətinin ali təhsil naziri Dr. Reza Moridi, Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin müvəqqəti işlər vəkili Ramil Hüseynli də olub. Açılışı bu şəxslərlə yanaşı Az Star TV-nin təşkilatçısı və HB Media Qrupunun rəhbəri Yashar Poorali elan edib.

Azərbaycan xalqının qürbətdə yayınlanacaq TV kanalına və kanalın rəhbərliyinə Ontarionun baş naziri Kətlin Uin və Ontarionun baş ali təhsil naziri Dr. Reza Moridinin təbrik məktubları təqdim olunub. Eyni zamanda Ontarionun baş naziri dünya şöhrətli müğənni, Azərbaycanın xalq artisti Yaqub Zurufçuya da təbrik məktubu ünvanlayıb.

Açılış mərasiminə Azərbaycandan təşrif buyurmuş Yaqub Zurufçu və Torontodan olan digər sənətçilər konsert proqramı ilə çıxış ediblər.

Qeyd edək ki, Güneyli-Quzeyli Azərbaycanlıları öz ətrafına toplayacaq kanalın əsas istiqaməti Kanadada Azərbaycanı, Azərbaycan mədəniyyəti tanıtmaq, qərib ellərdə yaşayan soydaşlarımızın ana dilimizi qorumasını, gələcək nəsillərə ötürməsini təmin etməkdir.


Вернуться назад