Главная > Ümumi > Qətərin keçmiş əmiri vəfat etdi

Qətərin keçmiş əmiri vəfat etdi


24-10-2016, 00:30.
Qətərin keçmiş əmiri şeyx Xəlifə bin Həmad Əl Tani 85 yaşında dünyasını dəyişib. 

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Əl Cəzirə” telekanalı yayıb. Xəbər verilir ki, o, Qətəri 20 il- 1972-ci ildən 1995-ci ilədək idarə edib. Keçmiş əmirin dünyasını dəyişməsi ilə əlaqədər ölkədə üç günlük matəm elan edilib.

Вернуться назад