Главная > Region > Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərlənib

Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərlənib


23-10-2016, 22:46.
Şəkidə 51 yaşlı kişi göbələkdən zəhərlənib.

Şəki rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 14:30 radələrində rayonun Kosalı kənd sakini, 1965-ci il təvəllüdlü Nüsrət İsmayıl oğlu Əhmədov zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Müayinə zamanı məlum olub ki, 51 yaşlı N. Əhmədov kəndin ərazisindəki çöl sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ərazidən göbələk yığıb, onu bişirərək yeyib.  Göbələk yedikdən bir qədər sonra N. Əhmədov özünü pis hiss etməyə başlayıb.
N. Əhmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. 

Вернуться назад