Главная > Dünya > Hitlerin Şimal qütbündəki bazası tapıldı - Foto

Hitlerin Şimal qütbündəki bazası tapıldı - Foto


23-10-2016, 22:19.
Rus alimləri Şimal qütbünə yaxın ərazidə yerləşən bir adada II Dünya müharibəsindən qalan hərbi baza aşkarlayıb. 
 
Axar.az xəbər verir ki, bu bazanın almanlara aid olduğu bildirilib. 72 il sonra kəşf edilən hərbi bazanın Şimal qütbündən 1000 km uzaqlıqda yerləşən "Aleksandra Lend” adasında olduğu deyilib. Bazanın faşist qüvvələrinin Rusiyaya hücumundan bir il sonra, 1942-ci ildə yaradıldığı bildirilib. 
 
Almanlar tərəfindən "Xəzinə ovçusu” adlandırılan bazanın hava durumunun taktiki araşdırmaları üçün istifadə edildiyi məlum olub. Məlumata görə, bazada çalışan alimlər 1944-cü ildə qütb ayısının ətindən zəhərlənib, sonra bir alman qayığı ilə xilas edilib. Bu tarixdən sonra baza tərk edilib. Baza ilə birlikdə soyuq hava şəraitinə görə korlanmamış vəziyyətdə olan 500 obyekt də kəşf edilib. 
 
Qeyd edək ki, "Aleksandra Lend” adası II Dünya müharibəsi dövründə hava proqnozlarını vermək üçün həyati bir önəm daşıyırdı. Adadan gələn sənədlərə görə qitələrin, sualtı qayıqların hərəkəti planlaşdırılırdı. Uzun illər mübahisəli ərazi olan "Aleksandra Lend” adası bu gün Rusiya Federasiyasının tərkibindədir. Rusiya adada yeni bir hərbi baza inşa etməyi planlaşdırır. 




Вернуться назад