Главная > Siyasət > Sorğu: Klinton Trampı 12 faiz qabaqlayır

Sorğu: Klinton Trampı 12 faiz qabaqlayır


23-10-2016, 20:44.
ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı artıq 12 faiz qabaqlayır.
 
APA-nın məlumatına görə, ABC telekanalı tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 50 faizini, Tramp isə 38 faizini toplaya bilər.
 
Oktyabrın 13-də telekanalın keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 8 faiz təşkil edirdi.
 
Xatırladaq ki, ABŞ-da noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.

Вернуться назад