Главная > Aktual > Moskvada güllələnmiş iki erməni meyiti tapılıb

Moskvada güllələnmiş iki erməni meyiti tapılıb


24-10-2016, 00:11.
Rusiya paytaxtında kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Yuliya İvanova bildirib.

"Yeni Moskva rayonunda kirayə verilən mənzildə üzərilərində güllə yaraları olan iki Ermənistan vətəndaşının meyiti tapılıb. Faktla bağlı cinayət işinə başlanılıb”, deyə Y.İvanova bildirib.

Onun sözlərinə görə, hazırda hadisə yerində müstəntiqlər işləyir.  Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

Вернуться назад