Главная > Maraqlı > Amerikalı haker Rusiya XİN-in saytını dağıtdı - CNN

Amerikalı haker Rusiya XİN-in saytını dağıtdı - CNN


23-10-2016, 16:09.

Amerikalı haker The Jester ("Şut") Rusiya XİN-in saytını dağıdıb.


Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə CNN məlumat yayıb.


Amerikalı haker jurnalistlərə müsahibəsində bildirib ki, bu addımı cümə günü rusiyalı hakerlərin geniş kiberhücumuna cavab olaraq atıb. Belə ki, rusların hücumu zamanı ABŞ-ın bir sıra populyar saytları dağıdılıb. Onun fikrincə, bunu rusiyalı hakerlər edib.


Rusiya XİN haker hücumları barədə heç bir açıqlama verməyib, hazırda nazirliyin saytı fəaliyyətini davam etdirir.


Вернуться назад