Главная > İdman > “Qarabağ”ın futbolçusu Avropada həftənin ən yaxşısı seçilib

“Qarabağ”ın futbolçusu Avropada həftənin ən yaxşısı seçilib


21-10-2016, 19:30.
"Qarabağ”ın futbolçusu Dani Kintana UEFA Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusu seçilib.

Musavat.com xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytında məlumat verilib. Belə ki, azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayan "Qarabağ"ın ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb.

O, Kevin Monne Poke ("Sent-Etyen”, 8 faiz), Viktor İbarbo ("Panatinaykos”, 8 faiz), Pol Poqba ("Mançester Yunayted”, 7 faiz), Raul Rusesku ("Osmanlıspor”, 4 faiz), Antonio Kandreva ("İnter”, 2 faiz), Yevgeni Konoplyanka ("Şalke”, 2 faiz) və Nikola Kaliniçi ("Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə geridə qoyub.

Qeyd edək ki, "Qarabağ” – PAOK (2:0) matçının ən yaxşı futbolçusu seçilən 29 yaşlı futbolçu oyunda ilk qolun müəllifi olub. O, bu qollarla komandaya qrupdakı ilk qələbəsini qazandırıb. 


Вернуться назад