Главная > Maraqlı > Məşhur alimdən SOS: “İnsan övladı yox ola bilər”

Məşhur alimdən SOS: “İnsan övladı yox ola bilər”


21-10-2016, 13:46.

Dünyanın ən məşhur fizik-nəzəriyyəçilərindən biri Stiven Hokinq süni intellektlə bağlı fikirlərini bölüşüb.

 

Axar.az xəbər verir ki, alim süni intellektdən düzgün istifadə olunmasa, bunun insanlıq tarixi üçün ən böyük fəlakət baş verəcəyini deyib:

 

"Düşünən texnologiya mədəniyyətimizin sonu ola bilər. Bu mövzuda nəzarətsiz proseslər gedir. Düşünən texnologiya yoxsulluq və xəstəliklərin müalicəsi kimi yeniliklərlə bərabər, gücül robot-silahların istehsalı nəticəsində milyonlarla insanın məhvinə səbəb ola bilər.

 

Süni intellekt adət etdiyimiz iqtisadi sistemin çöküşünü sürətləndirəcək. Düşünən robotlar bir gün öz iradələrini hiss etdikləri zaman insan övladını kölə halına sala bilər”.


Вернуться назад