Главная > Region > "İlham MMC"-nin sədrindən Nazirə -ŞİKAYƏT

"İlham MMC"-nin sədrindən Nazirə -ŞİKAYƏT


9-12-2015, 22:33.

 

Şirvan şəhər sakini, "İlham” MMC adlı fermer təsərrüfatının sahibi Mikayılov İqbal Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevdən şikayətçidir.

 


 

"Qafqazinfo”ya müraciət edən şikayətçi bildirir ki, fermer təsərrüfatını genişləndirmək üçün ona 75 min manat kredit lazım olduğu halda, bu məbləği ala bilmir: "Beş aydır ki, "Parabank” a kredit götürmək üçün müraciət etmişəm. Amma onlar məni get-gələ saldılar. Axırda da dedilər ki, Sahibkarlığa Kömək Milli Fondunun rəhbərliyindən banka göstəriş gəlməsə, onlar kredit verə bilmirlər. Nəzərə alsaq ki, bu il ölkədə kənd təsərrüfatı ilidir. Bu sahəni inkişaf etdirilməsinin vacibliyini ölkə başçısı da dəfələrlə çıxışlarında vurğulayıb. Sahibkarlara süni əngəllər yaradılmaması barədə də tapşırıqlarını verib. İki ildir ki, heyvandarlıq sahəsi ilə məşğulam. Bilsəydim ki, başıma belə oyunlar gətircəklər heç işə başlamazdım.


Fond yalnız özünə yaxın olan iri ranqlı sahibkarlara yardım ayırır. Sadə, əli qabarlı adamlara isə 15 min manat yardım edir. Sonra da deyirlər ki, "sahibkarlara kömək edirik”. Mən sizin saytınız vasitəsilə Daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova müraciət edirəm ki, bu məsələnin həllində mənə köməklik göstərsinlər”. 


Məsələ ilə bağlı adı çəkilən qurumun mövqeyini dərc etməyə hazırıq.


Вернуться назад