Главная > Ölkə > Şəhid anasına 100 min manat çoxdur deyən millət vəkilinin milyonluq ailə biznesi - Faktlar

Şəhid anasına 100 min manat çoxdur deyən millət vəkilinin milyonluq ailə biznesi - Faktlar


20-10-2016, 23:17.
Hadı Rəcəbli hesab edir ki, torpaq, vətən uğrunda şəhid olanlar ondan az qiymətləndirilməlidir 

Yəni, Hadı Rəcəbli düşünür ki, onun təkcə Lənkəranda olan mülklərinin qiyməti milyonlarla olduğu halda, övladını, bəlkədə tək oğlunu itirən anaya 100 min manat çoxdur. "Orginal" fikrlərlə gündəmdə qalmağı özünə həyat tərzi seçən bu yoldaşa biri izah etsin ki, danışdıqca batır, danışmasın...

DİQQƏT: Hadı Rəcəblinin ailə biznesi (İnfoqrafika)

 "Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün" deyən Hadi Rəcəblinin ailə biznesi:

- Hər ay rəsmi olaraq Milli Məclisdən 1822 manat maaşı.

- Lənkəranda yerləşən "Palıdlı sahil” istirahət mərkəzi. (bura hotel, restoran, sanatoriya daxildir)

- Lənkəranda şadlıq sarayı, yanacaqdoldurma məntəqəsi, univermaq və s. ticarət obyektləri.

- Bakıdakı "DNS Computers" şirkətinin 4, Sumqayıtda isə 1 mağazası.

Oğlanlarından biri Vüsal Rəcəbli "Həyat” Beynəlxalq Humanitar Təşkilatının prezidentidir.

Digəri isə Tural Rəcəbli deputatın biznes fəaliyyəti ilə məşğuldur. Onun əsasən "DNS Computers" şirkətlərini idarə etdiyi iddia olunur.
Günay adlı qızı Azərbaycan Dövlət Pedaqoji Kollecinin rəhbəri, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyevanın gəlinidir. Şəhərdə məşhur klinikalardan birinin sahibidir.

Digəri qızı Ülviyyə isə banklardan birinin sədr müavini ilə evlidir. Bu qızının isə şəhərdə uşaq bağçaları fəaliyyət göstərir.
Deputat həmçinin cənub bölgəsində 100 hektarlarla ərazilərə, villalara, şəhərin mərkəzində mənzillərə, bir sıra digər ticarət və iaşə obyektlərinə də sahibdir.(milletinsesi.az)
Вернуться назад