Главная > İdman > Çempionlar Liqasının finalı Avropadan kənarda keçirilə bilər

Çempionlar Liqasının finalı Avropadan kənarda keçirilə bilər


20-10-2016, 22:50.
"Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da  keçirilə bilər.  Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”.
 
APA-nın "BBC”yə istinadən verdiyi xəbərə görə, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.
 
UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.      
 
"Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq”, - deyə  UEFA prezidenti əlavə edib.

Вернуться назад