Главная > Aktual > ''Türk Telekom''da əməliyyat – 20 nəfərin həbsinə sanksiya verildi

''Türk Telekom''da əməliyyat – 20 nəfərin həbsinə sanksiya verildi


19-10-2016, 13:23.
Gülən camaatının "Türk Telekom”dakı üzvlərinə qarşı aparılan istintaq çərçivəsində 20 nəfərin həbsinə sanksiya verilib.

Avropa.info xəbər verir ki, Gülən camaatının "Türk Telekom”da işləyən və "ByLock” proqramının istifadəçisi olduğu müəyyən edilən 20 nəfər üzvü üçün həbs qərarı verilib.

Əldə olunan məlumata görə polisin həyata keçirdiyi əməliyyat zamanı həmin şəxslərdən artıq 16 nəfəri həbs olunub.

Bundan öncə də "Türk Telekom”da işləyən gülənçilərə qarşı aparılan istintaq çərçivəsində iki əməliyyatda 55 nəfər həbs olunmuşdu.

Вернуться назад