Главная > Region > Fətullah Gülənin Bakıdakı ən məşhur restoranı bağlandı - FOTO

Fətullah Gülənin Bakıdakı ən məşhur restoranı bağlandı - FOTO


19-10-2016, 09:33.

"Günaydın” restoranlar şəbəkəsi fəaliyyətini dayandırdı 

FETÖ-yə bağlı olduğu deyilən restoranlar şəbəkəsinin Azərbaycandakı fəaliyyəti dayandırılıb.

Bu gün günorta saatlarında Şixəli Qurbanov- 1 ünvanında yerləşən "Günaydın” restoranı bağlanıb. Ölkənin ən bahalı xidmət obyektlərindən biri olan məkanın bağlanmasına ilkin səbəb kimi restoranın Fətullah Gülənin biznes şəbəkəsinə aid olması göstərilir.

Restoranda olan Cebhe.info əməkdaşı məkanın artıq fəaliyyət göstərmədiyini müşahidə dib. Sualları cavablandıracaq səlahiyyətli nümayəndənin də məkanda olmadığı bildirilib. Ümumiyyətlə restoranda xidmət personalından da heç kəs olmayıb. 

Restoranın bütün avadanlığı boşaldılaraq naməlum istiqamətə aparılıb.


Вернуться назад