Главная > Islam > İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan etdi

İslam Əməkdaşlıq Təşkilatı FETÖ-nü terror təşkilatı elan etdi


19-10-2016, 12:20.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Fətullahçı Terror Təşkilatını (FETÖ) terror təşkilatı elan edib.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz "twitter"səhifəsində yazıb.

Qərar Özbəkistanın paytaxtı Daşkənddə Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında qəbul olunub.

 

"Milliyyət”in məlumatına görə, qərarı yalnız Misir dəstəkləməyib.

 

İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov  da iştirak edib.



Вернуться назад