Главная > Dünya > Belçikada terrorçuluqda şübhəli bilinən 15 nəfər saxlanılıb

Belçikada terrorçuluqda şübhəli bilinən 15 nəfər saxlanılıb


18-10-2016, 21:11.
Belçika polisi terrorçuluqda şübhəli bilinən 15 şəxsi saxlayıb.  
 
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, əməliyyat Antverpen və Gent şəhərlərində keçirilib. Məlumata görə, əməliyyatlar bu ilin martında Brüsseldə törədilən terror aktları ilə əlaqəli deyil.   
 
Saxlanılanlar terrorçuluğu maliyyələşdirməkdə və gəncləri Suriyadakı silahlı qruplaşmaların cərgələrinə cəlb etməkdə şübhəli bilinirlər.   
 
Axtarışlar zamanı silah və partladıcı qurğular aşkar edilməyib. Saxlanılanlar barədə həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.  

Вернуться назад