Главная > Aktual > Jurnalist öz sualı ilə ABŞ rəsmisini pərt etdi – ''Siz İraqa girəndə Səddam Hüseyndən icazə aldınızmı?''

Jurnalist öz sualı ilə ABŞ rəsmisini pərt etdi – ''Siz İraqa girəndə Səddam Hüseyndən icazə aldınızmı?''


18-10-2016, 20:48.
"Mosul əməliyyatında kimlərin iştirak etməsinə İraq hökuməti qərar verəcək.”
Avropa.info xəbər verir ki, bunu  günlük mətbuat  konfransında Ağ Evin  sözçüsü Con Earnest deyib.

Jurnalistlərin "”Beynəlxalq  Amnistiya”  təşkilatının  İranyönümlü  şiə qruplaşmalarının ələ keçirdiyi yerlərdə müharibə cinayətləri törətməsinə dair  hesabatları var, bunun haqda nə deyə bilərsiz” sualına cavab verən Earnest bunları deyib:
"Bu əməliyyatın universal insan hüquqlarının güdərək edildiyindən əmin olmaq və bu cür əməliyyatların digər dini qruplara qarşı intiqam almaq üçün pərdə olaraq istifadə edilməməsi bizim ən çox əhəmiyyət verdiyimiz  məsələdir. Baş nazir Heydər İbadi  Mosul əməliyyatında yalnız  iraqlı təhlükəsizlik qüvvələrinin şəhərə daxil olacağını deyib. İraq mərkəzi hökumətinin, iraqlı təhlükəsizlik güclərinin bu prinsiplərə riayət edəcəklərinə dair öhdəlikləri var. Bu əməliyyatda da öhdəliklərini həyata keçirmələrini gözləyirik. Biz ABŞ olaraq İraq ordusunu təchiz edirik, onlara təlim keçirik, amma əməliyyata qoşulmamışıq” deyə Earnest bildirib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Piter Kuk da gündəlik mətbuat konfransında Mosul əməliyyatına dair sualları cavablandırıb.

Pentaqonun  Mosul  əməliyyatda Türkiyənin yer almaq hüququ olduğunu düşünüb düşünmədiyinə dair sualı cavablandıran Kuk  deyib:
"Ən başından bəri dediyimiz kimi, İraqda kim olacağına İraq hökuməti qərar verir. Türkiyə  və İraqı bu mövzudakı narahatlıqlarını aradan qaldırılması  üçün öz aralarında danışığa təşviq edirik.”

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Tonerin də gündəlik  mətbuat konfransının mövzusu Mosul məsələsi olub.

ABŞ hökumətinin Mosul əməliyyatının İraq hökuməti tərəfindən aparıldığına dair açıqlamalarını təkrar etməsi üzərinə Tonerə "Orada olan Amerika əsgərləri də əmrləri İraq hökumətindən alırmı” sualı verilib. Toner bu suala "biz orada yalnız təlim keçirik” şəkilində cavab verib.

Bu cavabın ardından bu dəfə  Tonerə  "Nə zamandan bəri ABŞ,  xarici əsgərlərin İraqda  olması məsələsində İraq hökumətinin razılığı olması lazım olduğunu düşünür? Bundan əvvəl siz  icazəsiz  İraqa girib, bu ölkənin əvvəlki liderini (Səddam Hüseyn nəzərdə tutulur:red)   devirdiniz” sualı verilib. Buna cavab olaraq Toner "Hazırda şərtlər başqadır” cavabı verməklə sualdan qaçıb.

Вернуться назад