Главная > İdman > Eto azarkeşə 100 min avro verəcəyini dedi

Eto azarkeşə 100 min avro verəcəyini dedi


18-10-2016, 21:35.
"Antalyaspor"un kamerunlu ulduzu Samuel Eto 1-1 sona çatan "Çaykur Rizespor" bərabərliyinə sərt reaksiya verən azarkeşlərdən birinə "Bu il liqanı ilk 10 komanda arasında bitirməzsək, sənə 100 min avro verəcəyəm" deyib.

Musavat.com xəbər verir ki, "Antalyaspor" Türkiyə super liqasında bu mövsüm oynadığı heç bir oyunda qələbə qazana bilməyib. Baş məşqçi dəyişikliyi edən komanda bundan sonra ilk matçına çıxıb. Öz evində oynadığı "Çaykur Rizespor" matçında da qələbə qazana bilməyən komandanı bir qrup tərəfdar fitə basıb. Eto və digər futbolçular buna baxmayaraq azarkeşləri salamlayıblar.

Soyunma otağına yollanan futbolçuları yenidən azarkeşlər yanlarına səsləyiblər. Bu zaman azarkeşlərdən biri olan Mehmet Akdeniz adlı şəxs Etoya, "Önümüzdə "Beşiktaş"la matçımız var. Nə olacaq bu komandanın halı? Nə zaman qələbə üzü görəcəyik?" - deyə şikayətlənib.

Həmin azarkeşin yanına gedən Eto, ona bu sözləri deyib: "Keçən mövsüm liqada ilk 10 komanda arasında olacağıq dedim və sözümü tutdum. Bu il də liqanı ilk 10 komanda arasında başa vuracağıq. Buna inan. Əgər elə olmasa, 100 min avro verəcəyəm".

Bundan sonra həmin azarkeşin telefon nömrəsini alan Eto, çempionat sonunda görüşəcəklərini deyib.

Вернуться назад