Главная > Səhiyyə > «Regionaz».TV ictimayyətin dəstəyi ilə 1-ci qrup xəstəyə əlil arabası hədiyyə etdi-VİDEO

«Regionaz».TV ictimayyətin dəstəyi ilə 1-ci qrup xəstəyə əlil arabası hədiyyə etdi-VİDEO


17-10-2016, 22:15.
«Regionaz.TV» yenə də ictmayətin dəstəyi ilə 27 yaşlı yerimə qüsuru olan Rəhim Qənbərova əlil arabası bağışlayaraq sevindirib.

«Regionaz.TV»-nin sosial şəbəkələrdə Qənbərov Rəhim Mahir oğlunun əlil arabasına ehtiyac olması barədə yaydığı məlumat, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Cəlilabad rayon Közbulaq kənd sakini Qarabağ əlili Asəf İsmayilov öz şəxsi əlil arabasını xəstə Rəhim Qənbərova hədiyyə edib. Əlil arabasının xəstəyə təqdim edilməsində isə Qarabağ əlili Asəf İsmayılov iştirak etməyib. Tədbirə qatılan Rayon icra hakimiyyətinin Göytəpə ərazi nümayəndəsi Aftandil Məmmədov və «RegionazTV»-nin rəhbəri Murad Hüseynov tərəfindən xəstəyə əlil arabası təqdim edilib. Qeyd edək ki, Cəlilabad rayon Göytəpə ,Vüqar Mürsəlov küçəsində yaşayan 1989-cu ildə anadan olan 1-ci qrup əlil Qənbərov Rəhim Mahir oğlu anadan gəlmə paralic xəstəsidir. Xəstə isə sağalacağı günü ümidlə gözləyir.


Вернуться назад