Главная > Cəmiyyət > “Təfəkkür” Universitetinin rektoru vəzifəsindən azad olundu

“Təfəkkür” Universitetinin rektoru vəzifəsindən azad olundu


17-10-2016, 19:18.
"Təfəkkür” Universitetinin rektoru Müşfiq Atakişiyev səhhəti ilə bağlı vəzifəsindən azad olunub.

Universitetdən verilən xəbərə görə, bu barədə iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev universitetdə keçirilən tədbirdə öz xahişi ilə rektor vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb.

O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb. (APA)
Вернуться назад