Главная > Kriminal / GÜNDƏM > Qobustanın sabiq icra başçısı həbs edilir...

Qobustanın sabiq icra başçısı həbs edilir...


9-12-2015, 19:28.

 

Rafiq Alışov külli miqdarda dələduzluqda təqsirləndirilir

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qobustan rayonunun sabiq icra başçısı Alışov Rafiq Şıxməmməd oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

 Uluyol.info "lent.az"-a istinadən xəbər verir ki ,hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib. R.Alışov məhkəmə zalında həbs edilib.

Məhkəmə baxışı dekabrın 18-ə təyin edilib.

Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə dələzuluqda) ilə cinayət işi açılıb.  

 
ULUYOL.İNFO

Вернуться назад