Главная > Cəmiyyət > Hava şəraiti ilə əlaqədar Bakının böyük bir prospekti bağlandı

Hava şəraiti ilə əlaqədar Bakının böyük bir prospekti bağlandı


17-10-2016, 16:40.

Bakının ən böyük prospektlərindən biri nəqliyyatın hərəkəti üçün bağlanıb.
 

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumatda bildirilib ki, hava şəraiti ilə əlaqədar Ziya Bünyadov prospektinin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

 

Nəticədə prospektdə hər iki istiqamətdə sıxlıq müşahidə olunur. Hazırda aidiyyəti qurumlar nəqliyyatın hərəkətinin bərpa edilməsi istiqamətində zəruri tədbirlər görür.

Həmin istiqamətdə hərəkət edən sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.


Вернуться назад