Главная > Müsahibə > Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi-FOTO

Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi-FOTO


17-10-2016, 13:51.

Göyçay rayonunda Yol Polisi şöbəsinin rəisinin qanunsuz əməllərinə etiraz etdiyi üçün iş adamı həbs edilib. 

Bu haqda hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində yazaraq məlumat verib.

"Bir neçə gün öncə Göyçay rayon Yol Polis şöbəsinin rəisinin qanunsuz hərəkətlərinə etiraz edən 500- dən çox yerli sakin dinc etiraz aksiyası keçirmişdi. Əlaqədar qurumlar şikayəti araşdırıb lazımi ölçü götürmək əvəzinə sərbəst toplaşmaq hüququndan istifadə edən insanlara qarşı təzyiqlərə başlayıb. Az öncə aldığımız məlumata görə Göyçay sakini, yerli iş adamı Mayılov Çingiz Sabir oğlu həbs edilib. Digər şəxslərin izlənməsi və həbsi istiqamətində tədbirlər həyata keçirilir".

Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi-FOTO

 

Uluyol.info


Вернуться назад