Главная > Maraqlı > Ayfon-7-nin yeni versiyası gəlir

Ayfon-7-nin yeni versiyası gəlir


16-10-2016, 22:20.
Əpl (Apple) şirkəti Ayfon-7 modelinin 4 dyüm (10,16 sm) diaqonalda mini versiyasını satışa buraxmağa hazırlaşır.
 
Axar.az xəbər verir ki, "Ayfon-7 mini” adlanan modelin 2017-ci ilin yanvarında artıq satışda olması nəzərdə tutulur. Bu modelin əvvəlki versiyaları əvəzləyəcəyi, əksər funksiyalarına görə onlardan üstün olacağı bildirilir. Ancaq bütün hallarda Ayfon-7 modelindən bəzi funksiyalarına görə nisbətən geri qalacağı vurğulanır.
 
İlkin açıqlamaya görə, "Ayfon-7 mini”də kamera 7 əvəzinə 5 Mp olacaq, həmçinin bu versiya Ayfon-7-dən fərqli olaraq, 3D Touch texnologiyasını dəstəkləməyəcək.

Вернуться назад