Главная > Baş Xəbər > Putin: “ABŞ-lı dostlardan hər şey gözləmək olar”

Putin: “ABŞ-lı dostlardan hər şey gözləmək olar”


16-10-2016, 21:38.

Amerikalı dostlarımızdan hər şeyi gözləmək olar.

 

Axar.az xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin ABŞ vitse-prezidenti Co Baydenin haker hücumlarına görə Moskvaya sanksiya tətbiqinin mümkünlüyü barədə açıqlamasına münasibət bildirərkən deyib.

 

"Co Baydenin sözlərində təzə heç nə yoxdur. Məgər biz bilmirik ki, ABŞ-ın rəsmi orqanları casusluq və dinləmə fəaliyyətlətini həyata keçirir? Axı bu sirr deyil! Kifayət qədər belə fakt var. Bu kimi fəaliyyətlərə milyardlarla dollar xərclənir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi, eləcə də digərləri daim bu yöndə çalışır”, - Putin bildirib.

 

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın dövlət strukturlarının rəsmi saytları kiber hücumlara məruz qalmışdı. Həmin hücumları Rusiyanın təşkil etməsi barədə ittihamlar səsləndirilmişdi.



Вернуться назад