Главная > Ümumi > Gürcüstanda parlament seçkilərinin ikinci turunun vaxtı məlum oldu

Gürcüstanda parlament seçkilərinin ikinci turunun vaxtı məlum oldu


16-10-2016, 22:47.
Gürcüstanda parlament seçkilərinin ikinci turu oktyabrın 30-da 50 majoritar dairədə keçiriləcək.
 
APA-nın "Gürcüstan-Online” saytına istinadən verdiyi xəbərə görə, bu barədə MSK-nın mətbuat xidmətindən bildirilib.
 
Bir sıra seçki məntəqələrində təkrar səsvermə isə oktyabrın 22-də baş tutacaq. Belə ki, Marneulidə №36.22.48  nömrəli seçki məntəqəsində majoritar seçkilər, Zuqdidi isə üç seçki məntəqəsində majoritar və yerli seçkilər keçiriləcək. 


Вернуться назад