Главная > Problem > Yasamalda Şəhid Abdəsinə hörmətsizlik-FOTOLAR

Yasamalda Şəhid Abdəsinə hörmətsizlik-FOTOLAR


9-12-2015, 14:35.
 
Məhəmməd Allahverdiyevin baraleyfi zibilxananın ortasında qalıb

Bakı rayonlarında şəhid abidələrinə olan sayğısızlıq artıq mütəmadi şəkil almağa başlayıb. Hələ bir müddət əvvəl Suraxanı rayonunda şəhid adına olan parkın bərbad durumda olması, oradakı baraleyfin isə dağılmaq üzrə olduğu aşkarlanmışdı. Məlum olmuşdu ki, Suraxanı İcra Hakimiyyətinin səhlənkarlığı nəticəsində belə bir vəziyyət yaranıb. 
 
ULUYOL.İNFO "Xalq.az"-a istinadən xəbər verir ki, analoji durum Yasamal rayonunda da yaşanır. Belə ki, rayonun Şərifzadə küçəsi ilə Əsəd Əhmədov küçələrinin kəsişməsində yerləşən həmin abidə zibilxanayla əhatələnib. Saytın yazdığına görə, Qarabağ döyüşlərində şəhid olmuş Məhəmməd Allahverdiyevin şərəfinə ucaldılmış lövhə və onun aşağısındakı bulaq məişət tullantılarının içində it-bata düşüb. Ən dəhşətlisi isə odur ki, küçədən yığılan bütün zibillər abidənin önünə atılıb. 

Xalq.az-ın apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, Yasamal rayon İcra Hakimiyyətinin məsələdən ümumiyyətlə xəbəri yoxdur. Daha doğrusu, İcra Hakimiyyətini şəhid abidəsi və ya şəhid ailələrinin durumu qətiyyən maraqlandırmır. Elə bu səbəbdəndir ki, belə insanların etdikləri müraciətə sözügedən qurumda nə baxan var, nə də eşidən. 

Rayon sakinləri bildirirlər ki, Yasamalda belə hallarla mütəmadi olaraq qarşılaşmaq mümkündür. Onların dediyinə görə, yerli İcra Hakimiyyəti də məsələlərdən xəbərdardır, lakin hər hansı bir tədbir görmək niyyətində deyil. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 




Вернуться назад